Türkan Vəlizadənin televiziya proqramlarında yaxın rəfiqəsi, avtomobil qəzasına düşdüyü həmkarə Zeynəb Həsəninin adını çəkməməsi və onu tanımıram deməsi müzakirəsiz ötüşməyib. Əksəriyyət Türkanı qınayıb. Çünki qarşı tərəf keçmiş rəfiqəsinin atmacalarına cavab verməyib və böyüklüyü özündə saxlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, bu gün “Instagram”da canlı yayım açan Şəbnəm Qəhrəmanovaya da yaxın rəfiqələri olan Türkan Vəlizadə və Zeynəb Həsəni haqda suallar ünvanlanıb. O, bu məsələdə Türkanı haqsız hesab etdiyini bildirib:
“Mən düşünmürəm ki, bu Türkanın öz fikridir. Onu kimsə doldurur. Biz çox yaxın rəfiqə olmuşuq. Bir gülüb, bir ağlamışıq. Ac da olanda, tox da olanda bir yerdə olmuşuq. Əminəm ki, onlardan birinin başına nəsə gəlsə, o dəqiqə ora qaçacaqlar”.
Ş. Qəhrəmanova daha sonra həm özünün, həm də Türkanın üzərində Zeynəbin haqqı olduğunu vurğulayıb:
“Türkana toy repertuarını Zeynəb öyrədib. Toylarda onun yanında olub. Elə mənim özümə də”. Ş. Qəhrəmanova hər iki müğənnini barışdıracağına söz verib.