Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Hansı kişi qəbul edir ki, xanımı gecə 12-də gəlsin?" - Ruhəngiz Allahverdiyeva

"Hansı kişi qəbul edir ki, xanımı gecə 12-də gəlsin?" - Ruhəngiz Allahverdiyeva

Əməkdar artist Rühəngiz Allahverdiyeva şəxsi həyatından danışıb.

SHOWNEWS.AZ xəbər verir ki, müğənni bu haqda "Həmin Zaur" proqramında danışıb. O, "Sənətlə ailə həyatı bir gedir? Sizin həyat yoldaşınız istəməyib müğənni olasınız" sözlərinə belə cavab verib:

 

"Hansı kişi istəyir? Kim istəyər ki, xanımı evə gecə 12-də gəlsin? Anlayışlı, sənəti anlayan kişi başa düşər. Bəzən olar ki, müğənnidən xoşu gələr, sənətini sevər evlənər. Onda qəbul edirlər. Amma heç evlənməsən yaxşıdır. 

Ailə gözəldir, amma evdə oturub, mətbəxdə işini görəsən. Səhnədə oxuyursan, kiminsə xoşu gəlir. Bunu hansı kişi götürər? Evimizdə dava olmayıb, amma həyat yoldaşım kiminləsə şəkil çəkdirməyə qoymayıb. Bir dəfə 10 yaşında uşaqla şəkil çəkdirdim, dalaşdı. Deyir, o da böyüyüb kişi olacaq".