Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Aktrisa gözyaşları içində etiraz etdi: “Kişilərin üstün olduğu cəmiyyətdə yaşamaq istəmirəm“

Aktrisa gözyaşları içində etiraz etdi: “Kişilərin üstün olduğu cəmiyyətdə yaşamaq istəmirəm“

Aktrisa Ceren Yılmaz “İstanbul Konvensiyası”nın ləğv edilməsinə etiraz edib. 

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, İnstaqram hesabında canlı yayım edən aktrisa etirazını bildirərkən göz yaşlarına boğulub:

 

“Kişilərin üstün olduğu cəmiyyətdə yaşamaq istəmirəm. Mafiayaların olmağını istəmirəm. İstəyirəm küçədə rahat gəzim. İş yerində kişilər tərəfindən fiziki zorakılığa məruz qalmaq istəmirəm. Düşünürəm ki, kimsə bunu yaşamadığımızı desə, o yalan danışır və başına gələnləri gizlədir. Biz buna son verməliyik”. 

Qeyd edək ki,  “İstanbul Konvensiyası” qadınlara qarşı zorakılığı pisləyir və onların qorunmasını təmin edir. Cəmiyyətin bütün üzvlərini, o cümlədən kişiləri qadınlara qarşı edilən hər cür zorakılığın qarşısını almağa çağırır. Türkiyə bu konvensiyaya 2014-cü ildə qoşulub, ötən gün isə rəsmi qərarla ayrılıb.