Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Rəmişin huşu gedib-gəlir, məni də tanımır" - Gülü

"Rəmişin huşu gedib-gəlir, məni də tanımır" - Gülü

"Rəmişin müalicələri davam edir, biz də ümidlə onun sağalmasını gözləyirik".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. O, bildirib ki, mütəmadi olaraq sənət yoldaşları Rəmişi ziyarət edir: "Xalq artistimiz Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov onun yanına gəlib. Xəstəxanaya çox adam buraxmırlar, o üzdən hələlik ancaq bu iki sənətkarımız onu ziyarət edib. Rəmişin huşu bəzən özündə olmur, yaddaşı gedib-gəlir, bəzən elə olur ki, heç məni də  tanımır. Amma Mənsum müəllimi tanıdı. Əlini sıxdı, hiss elətdirdi ki, onu görməyinə sevinib. Mənsum müəllim də onu Ağdama aparacağına da söz verdi".