Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Əgər evimdən bayquş səsi gəlirsə, deməli övladım yoxdur“ - Ülviyyə ana olma suallarına əsəbləşdi

“Əgər evimdən bayquş səsi gəlirsə, deməli övladım yoxdur“ - Ülviyyə ana olma suallarına əsəbləşdi

Aktrisa Ülviyyə Əliyeva İnstaqramda canlı yayımda izləyicilərinin suallarını cavablandırıb. 

Axşam.az xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı soruşulanlara əsəbiləşib. O, övladının olub-olmaması haqda yazılanlara sərt reaksiya verib:

 

"Övladım olmur, az bu haqda sual verin. Şəxsi həyatla bağlı suallara görə canlı yayım açmıram. Açan kimi həyat yoldaşın, övladın sualları gəlir. Nişanlanırsan, başlayırlar toy nə vaxtdır? Toyun olur, hamı soruşur bir şey var? Dincəlin, bu suallar nə vaxt bitəcək? Övladım olsa səhifəmdə görəcəksiniz, evimdən səsi gələcək. Əgər mənim evimdən bayquş səsi gəlirsə, deməli övladım yoxdur. Bunu soruşmaqla nə qazanırsınız?".