“Mən məgər meymunam?”.
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri bu gün “Bizimləsən” verilişində qonaq olan Mehriban Xanlarova deyib.
"Mənim üçün deyirlər ki, guya mənə pul verirlər və mən bu pulun qarşılığında çıxıb burada şou göstərirəm. Mən bəyəm kimin üçünsə meymunam? Mən yəni bu qədər mənliksiz, şəxsiyyətsiz oldum ki, gəldim bu verilişdə meymunluq etdim. Bax belə insanlar var".
Əməkdar artistin qəzəblənməsinə səbəb ötən gün adıçəkilən verilişə çııxıb və uşaq dünyaya gətirmək üçün həkimdən kömək istəməsindən sonra sosial şəbəkə istifadəçiləri aktrisanın pul qarşılığında bu cür çıxış etdiyini yazıb.