"Misiri seçməyib əbəs yerə deyil. Qədim Şərq tarixi ilə çox maraqlanmışam. Kleopatra haqda hər zaman maraqla oxumuşam. Filmlərinə baxmışam. Çox güclü qadın olub. Hətta deyilənlərə görə o da gözəllik prosedurlarında süd vannaları qəbul edib. Gəlmişəm ki, Misir dəvələrinin süd vannasını qəbul edim".
Bu açıqlamanı sosial şəbəkə fenomeni Bayram Nurlu edib. O, hətta Bakıya qayıdarkən özəl şirkət tərəfindən hazırlanan 24 karatlıq qızıl tozu qatışıqlı dəvə südü şifariş verdiyini açıqlayıb:
"Qızıl tozu qatışıqlı dəvə südü sırf gözəllik prosedurlarında istifadə olunur. Adətən maskalarda... Satışda yoxdur. Bunu özəl insanlara özəl olaraq hazırlayırlar. Bilirsiz ki, burada günəş vannası qəbul edirəm deyə, dərim bir qədər bronzlaşıb. Ona görə süd vannası mənə çox xeyirdir. Dərimə yumşaqlıq, parıltı və fərahlıq verir. Körpə dərisi kimi olur bədənim".