Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Dərmanları da gətirmirlər” - Aytən Səfərova ŞİKAYƏT ETDİ

“Dərmanları da gətirmirlər” - Aytən Səfərova ŞİKAYƏT ETDİ

"İki gündür bilinir ki, Covid 19-a yoluxmuşam. Mənimlə müvvafiq bir tibb ocağı maraqlanmır. Bircə TƏBİB-dən zəng etdilər. Onlar da ancaq ağırlaşma olanda, xəstəxanaya yerləşdirmək təklifi etdilər. Covid 19 xəstələri üçün lazım olan dərman paketini belə mənə gətirib verən olmadı".

Bu sözləri koronovirus infeksiyasına yoluxan aparıcı Aytən Səfərova Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, müalicə üçün lazım olan dərmanları özü alıb:

 

"Sosial şəbəkədə paylaşdığım dərmanları həyat yoldaşımın tanışı olan başqa bir həkimdən özümüz almışıq. İndiyənə qədər bir nəfər belə əlaqə saxlamayıb ki, özünüzü necə hiss edirsiz, nəsə lazımdır? Bəlkə, pisəm xəstəxanaya yerləşdirilməliyəm? Hələ mən tanınmış adamam, jurnalistəm... Mənə belə laqeyid yanaşılırsa, görün adi insan necədir. Bəlkə bir ailə hamısı yoluxub, dərmanı gedib ala bilmirlər? Belə məsuliyyətsizlik olar? Vaxtında dərmanları çatdırılmayan nə qədər insan ağırlaşır. Səhiyyə Nazirliyinin nəzdində olan tibb ocaqlarının heç birinin koronovirus xəstəsi vecinə deyil".