Əməkdar artist Baloğlan Əşrəfov bir ildir efirə çıxmamasının səbəbini açıqlayıb.
SHOWNEWS.AZ xəbər verir ki, müğənni "Birə-bir" verilişə qonaq gəlib. O bildirib ki, yaradıcılığına fasilə verməsinə səbəb iş adamı Mübariz Mənsimov olub:
"Dostluğa qiymət verən insanam. Mənim yaxın dostum, Allahın izni ilə həyata ikinci dəfə qayıtmağa kömək edən insan - Mübariz Mənsimov azadlığa buraxılandan sonra fəaliyyətimi davam etdirirəm. Ona görə verilişlərə getmirdim".