Əməkdar artist Mətanət İskəndərlinin oğlu Kərimin və gəlini Canananın ötən gün məhkəməsi keçirilib. Proses zamanı Kərimin uşaqlarının qəyyumluğunu almaq üçün xanımını məhkəməyə verdiyi öyrənilib.
Bu haqda Axşam.az-a açıqlama verən Canana bildirib ki, Kərim övladlarını onun əlindən almaq istəyir:
“Boşanma rəsmiləşəcəkdi. Amma qəyyumluq davası açılıb. Ona görə də proses uzanır. Məhkəmədən ağlaya-ağlaya çıxmışam. Uşaqlarım evsiz qalıb, buna baxılmır”.
Qeyd edək ki, Kərim və Cananın üç övladı var. Canana həyat yoldaşının uşaqlara heç bir maddi dəstək göstərmədiyini deyib.