“Açırsan bir əcnəbi kanalı, baxırsan estrada ifaçılarıdır. Amma hamısı eyni səs, görünüşdür. Bezirəm, çevirirəm kanalı. Hanı Bülənt Ərsoy, Zeki Müren?”.
SHOWNEWS.AZ xəbər verir ki, müğənni Şəbnəm Tapdıq “Tünzalənin Əli ilə” proqramında deyib. Sənətçi əcnəbi ifaçıları tənqid edib:
“Bir müğənniyə radioda qulaq asanda, səsinə önəm veririk. Gözəlliyini görmürük. Gözəllik yaxşıdır, zövqdür. Amma gözəlin yaxşı cəhəti əlinin sənətidir: yaxşı yemək bişirib, evinin xanımı olsun. Əsas budur”