Bəstəkar-müğənni Rəhim Rəhimlinin bir zamanlar ölkədən getməsinə səbəbkar olan şəxsin kimliyi bəlli olub.
SHOWNEWS.AZ-ın əldə etdiyi məlumata görə, həmin şəxs hazırda şantaj etdiyinə görə həbsdə olan Ata Abdullayevdir. Məlumatı R. Rəhimlinin mətbuat xidməti təstiqləyib.
Xatırladaq ki, "Həmin Zaur" proqramında qonaq olan Rəhim Rəhimli aparıcı Zaur Kamalın "Ölkədən getməyinizə səbəbkar kim oldu?" sualına "Yuxarı təbəqəli vəzifəli biriləri ilə çox yaxın idim. Aramızda olan söhbətləri bu insan aparıb digərlərinə çatdırırmış. Bilirsiz ki, mən mətbuatdan biraz uzaq adamam.Yeni öyrəndim ki, həmin insan artıq zindandadır. Allah qapısını açsın!".