Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov uzun müdətdir xəstəxanada müalicə alan Xalq artisti Rafiq Hüseynovu (Rəmiş) ziyarət ediblər.
SHOWNEWS.AZ xəbər verir ki, M.İbrahimov bununla bağlı sosial şəbəkə hesabında məlumat verib. O, Xalq artisti ilə çəkdirdikiləri fotonu paylaşaraq bunları yazıb:
“Sevimli yetirməm Təyyarla gitaranı milliləşdirən gözəl sənətkarımız Rəmişi xəstəxanada ziyarət etdik. Sənətkarımıza yüksək səviyyədə diqqət göstərdiklərinə görə həkimlərimizə təşəkkür edirik”.