Ötən gün “Jara” musiqi mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Axşam.az xarici KİV-ə istinadən bildirir ki, “Crocus City Hall”da təşkil edilən gecədə bir çox müğənnilər müxtəlif kateqoriyalarda mükafatlara layiq görülüblər.Musiqili mərasimin aparıcılığını Kseniya Sobçak edib.
“Crocus City Hall” səhnəsində Rusiyanın ən məşhur ifaçıları bir-birindən maraqlı kompazisiyalarını oxuyublar.
Daha sonra onlar 20 müxtəlif nominasiyada mükafatlandırılıblar.
“İlin müğənnisi” və “Ən yaxşı mahnı” nominasiyalarında ifaçı Zivert mükafata layiq görülüb.
Artik & Asti isə “İlin albomu” nomiasiyasında qalib olub.
Qeyd edək ki, tədbirin ötən ilin sentyabrın 4-də keçirilməsi planlaşdırılıb. Lakin pandemiya səbəbilə təxirə salınıb.