Tacir Şahmaloğlunun doğma dayısı "5/5" verilişində müğənninin ünvanına ittihamlar səsləndirib.
SHOWNEWS,AZ xəbər verir ki, adıçəkilən verilişdə iştirak etmək üçün Mingəçevirdən gələn 78 yaşlı Nurəddin Əliyev Tacir Şahmaloğlunun qohumlarına qarşı laqeyd münasibət göstərdiyini deyib. O bildirib ki, qohumlarına yardım etdiyini deyən müğənni yalan danışır.
Nürəddin Əliyevin sözlərinə görə, T.Şahmaloğlu dünyasını övladlarının yas mərasiminə qatılmayıb:
"46 yaşında qızımı və 24 yaşında oğlumu itirdim. Onların yasına gəlmədi".