Müğənni Səidə Sultanın başı qalmaqaldan açılmır. İndi də onunla qalmaqal yaşayan həmkarının Səidəni şantaj etdiyi məlum olub.
SHOWNEWS.AZ xəbər verir ki, bu haqda S. Sultan özü açıqlama verib və məsələnin hüquq müstəvisində həll etdirəcəyini açıqlayıb:
"Söyüşəmsə, zor edib söymüşəm. Qarşıma çıxsan, yenə də söyəcəyəm. İş verən. Məni şantaj edirsən? Bu dəfə cinayət işi açdıracağam!".
O, daha sonra bu işdə bir yox, iki həmkarının əlinin olmasına eyham vurub:
"Ailə qədri bilənlər olublar. Gör kimlər ailədən danışır?! Ət tökən. Get işinlə məşğul ol. Tay tayını tapar. Elə ikinizdə eyni yaşayış tərzinin adamlarısınız. Sizin qanınızı içərəm".
Xatırladaq ki, bir neçə gün öncə S. Sultan keçmiş "W Trio" qrupunun solistlərinin ünvanına sərt açıqlamalar edib. Hətta Əminə Şirinqızının onu polisə verdiyini açıqlayıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 182-ci maddəsində hədə-qorxu ilə tələb etmə, onların barəsində rüsvayedici məlumatları yaymaya görə 3 ildən 8 ilə kimi azadlıqdan məhrum etmə nəzərdə tutulur.
Eyni halla Səidə Sultan bir neçə il öncə də qarşılaşıb. Həmin ərəfədə o, məhkəməyə müraciət edərək, bütün KİV nümayəndələrinə xəbərdarlıq etdi. Şantaj məqsədli hər hansı informasiyanı yayan orqan bir başa cinayət məsuliyyətinə cəlb olunacaq.