Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Flora Kərimovanın ÜRƏYİ DAYANIB? - AÇIQLAMA

Flora Kərimovanın ÜRƏYİ DAYANIB? - AÇIQLAMA

Xalq artisti Flora Kərimova səhhətindəki son durumdan danışıb.

SHOWNEWS.AZ xəbər verir ki, Xalq artisti Teleqraf.com-a açıqlamasında səhhətinin yaxşılaşdığını deyib.

"Hazırda səhhətim yaxşıdır. Masaj ediləndə qabırğalarımı əzdilər. Çətin nəfəs alırdım. Qabırğamı evdə müalicə edirəm. Özümü pis hiss elədim, məni yataq otağına apardılar. Duranda halım pisləşdi. İndi düzəlmişəm, hər şey yaxşıdır", - F.Kərimova bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Flora Kərimovanın səhhətinin pisləşdiyi barədə məlumatlar yayılıb.

İddialara görə, 80 yaşlı sənətçinin yaxını Yaqut xanım onun ürəyinin dayandığını deyib.