Aktyor Burak Özçivitlə Fahriye Evcen cütlüyü oğlu Karana ad günü keçiriblər.
Axşam.az türk mətbutına istinadən bildirir ki, onlar 2 yaşı tamam olan övladı üçün evlərində sadə qonaqlıq təşkil ediblər.
Bununla bağlı Evcen İnstaqram hesabında fotolar paylaşıb. O “İllərimiz hər zaman gülərək, sevinc dolu keçsin. Nə yaxşı ki, doğuldun canım oğlum” sözlərini yazaraq, ad günündən çəkilən şəkilləri bölüşüb.
Övladları Karan üçün heç bir hədiyyə qəbul etməyən cütlük onun adına xeyriyyə fondlarına bağışlanan ianələr üçün minnətdarlıqlarını bildiriblər.