Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla birlikdə "Zaurla Günaydın" proqramına qonaq olub.
SHOWNEWS.AZ xəbər verir ki, Z.Bayramov ifaçı ilə tanışlıqlarından bəhs edib:
"Efirdə gördüm, dedim, sosial şəbəkədə axtarım. Sosial şəbəkəyə çox girən deyildim. Göy işarəsi olan profil tapdım, dedim, yəqin budur. Yazdım, amma 20 dəqiqə göndərmədim. Sonra dedim ki, əlim dəysə getsə, gedəcək, getməsə saxlayacam. Birdən barmağım dəydi və mesaj getdi. Üç gündən sonra Sevda 1 cümlə ilə cavab verdi. Anladım ki, davamını yazmaq olar. Yazdım, təklif etdim ki, ilk görüşümüz Parisdə olsun. Hətta dedim ki, ananız, rəfiqənizlə də gələ bilərsiniz. Amma Sevda qorxdu, razılaşmadı. Burada görüşdük, özü də dostları ilə gəldi. Axırda yazdım ki, bəlkə biz tək görüşək".