Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bayram Nurlu Türkiyədə veriliş aparacaq

Bayram Nurlu Türkiyədə veriliş aparacaq

Bir aydan çoxdur ölkədən gedən sosial şəbəkə fenomeni Bayram Nurludan yeni xəbər var. 
SHOWNEWS.AZ xəbər verir ki, Misirdə 2 həftəlik istirahətdən sonra İstanbula yollanan Bayram Nurlu qardaş ölkədə bir sıra məşhur verilişlərdə qonaq olub və reytinqli verilişlərin çəkilişini həyata keçirən prodakşın rəhbəri ilə görüşüb. 
 

Görüşün məqsədi isə Bayramın Türkiyədə veriliş aparması olub. Layihə barədə ortaq məxrəcə gəlinib və Bayram çəkilişlərin başlaması üçün Türkiyənin məşhur estetik həkimi ilə görüşməlidir. O, xarici görünüşündə bəzi dəyişikliklər edəcək. Gözəl görünməyi sevən B. Nurlu bu dəyişikliyi məhz yeni verilişi üçün edəcəyini açıqladı. 
 

Qeyd edək ki, Bayram Nurlu Türkiyənin maqazin verilişlərində dəfələrlə müsahibələr verib.