Misirli iş adamı Məhəmməd Alsaloussi sevgilisi Şeyma Subaşı üçün maraqlı jest edib.
SHOWNEWS.AZ xəbər verir ki, Subaşı sevgilisinin onun qızı Melisa ilə İndoneziyada səyahət edə bilməsi üçün özəl təyyarə tapa bilmədiyindən onların rahatlığı üçün maraqlı üsula əl atdığını bildirib. Belə ki, iş adamı sərnişin təyyarəsinin bütün biletlərini alıb və hava gəmisində cəmi iki nəfər- Şeyma və qızı səyahət edib.
Sözügedən məlumatı Subaşı instaqram səhifəsində video paylaşaraq açıqlayıb.