Müğənni və aktyor Özcan Denizin boşandığı həyat yoldaşı Feyza Aktanla birlikdə çəkildiyi "Senkron” serialı tamaşaçı qarşısına çıxıb.
SHOWNEWS.AZ xəbər verir ki, serialda ən çox fiziki zorakılıq səhnələri diqqət çəkib. Boşandığı həyat yoldaşı ilə eyni serialda çəkilən Özcan Deniz bu işin altı bölümdən ibarət olduğunu bildirib.
Serialda qadın zorakılığı fərqli bir üslubda tamaşaçıya təqdim edilib. Serialda Özcan Denizin öz aşyaşlı oğlu da çəkilib. Ekran işində Feyza Aktan, Cansel Elçin, Uygar Özçelik, Zeynep Tuğçe Bayat, Kuzey Deniz, Emre Akkuş, Melis Gürhan, Semra Dinçer və Mazlum Kiper kimi tanınmış aktyorlar da rol alıb.
Qeyd edək ki, Özcan Deniz Feyza Aktanla bir il yarım evli qalıb. Feyza Aktanın iddialarına görə, o şiddətə məruz qaldığı üçün Özcan Denizdən boşanmaq qərarına gəlmişdi. Onların Kuzey adında bir övladı var.