Rusiyada 43-cü Moskva Beynəlxalq Film Festivalının açılışı baş tutub.
SHOWNEWS.AZ xəbər verir ki, gecənin diqqətçəkən məqamlarından biri Türkiyədə məşhurlaşan aktrisa Məryəm Üzərlinin iştirakı olub. Qırmızı xalçaya çıxan Məryəm həm media nümayəndələrinin, həm də qonaqların diqqət mərkəzində olub.
Üzərli Rusiyada yayaımlanan "Möhtəşəm yüz il" serialı ilə tanınıb və sevilib. Aktrisa "Kovan" filmi ilə festivala qatılıb.