Son bir neçə gündür ki, eks millət vəkili Hüseynbala Mirələmovun əxlaqsız videosu gündəmdən düşmür. Hətta Amerikanın ən reytinqli verilişlərindən olan "Cimmi Kennellə birbaşa" tok-şousunda belə həmin video nümayiş olunub.
SHOWNEWS.AZ-da mövzunu şərh edən Xalq artisti Brilliant Dadaşova şərh yazanlara və tənqid edənlərə səslənərək, 76 yaşlı sabiq millət vəkilinə hörmətlə yanaşmağı tövsiyyə edib:
"Bu yaşlı kişini bu qədər tənqid edənlərin görəsən öz ataları yoxdur. Öldürməsələr, əl çəkməyəcəklər".
Qeyd edək ki, məlum videodan sonra H. Mirələmov tutduğu bütün vəzifələrdən uzaqlaşdırılıb.