Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xərçənglə mübarizə aparan Ağadadaş Ağayev ƏMƏLİYYATDAN SONRA

Xərçənglə mübarizə aparan Ağadadaş Ağayev ƏMƏLİYYATDAN SONRA

Aparıcı Hacı Nuran Hüseynov Türkiyədə əməliyyat olunan Xalq artisti Ağadadaş Ağayeva baş çəkib. 

 

SHOWNEWS.AZ xəbər verir ki, o, müğənni ilə fotolar çəkdirərək İnstaqram hesabında yayımlayıb. O bildirib ki, Türkiyəyə xərçəngdən əziyyət çəkən ifaçıya baş çəkməyə yollanıb:

"Bakıdan kiminsə onu görməyə gəlməsi onun üçün məlhəm idi. Əsrin bəlası olan xərçənglə mübarizə aparırdı sənətkar. Mən də bu xəbəri eşidən kimi biganə qala bilməzdim. Çünki Ağadadaş da mənim xəstə yatağımda mənə ilk baş çəkənlər arasında idi. Əhvalı yaxşı idi. Ruhdan düşmək olmazdı. Çünki bilirdi ki, xərçəngə qalib gəlmək üçün ən böyük məlhəm insanın özü-özünə təskinliyidir. Onu ruhdan düşməyə qoymayan bir mələk də vardı yanında: bu onun ömür-gün yoldaşı Pərvin xanım idi. Bu xəstəliyin nə olduğunu yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, insan üçün bu məqamlarda vacib olan motivasiyadır".