Azərbaycanın Əməkdar artisti Baloğlan Əşrəfov sabah dəfn olunacaq.
SHOWNEWS.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə şair Vüqar Əhməd məlumat verib.
O, B.Əşrəfovun bir saat əvvəl vəfat etdiyini bildirib:
"Təcili yardım gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Sabah səhər Masallıya aparılacaq, orada anasının yanında dəfn olunacaq".
Qeyd edək ki, koronavirusa (COVID-19) yoluxan 70 yaşlı müğənni ev şəraitində müalicə alırdı.