Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məryəm Üzərli Azərbaycana gəlir

Məryəm Üzərli Azərbaycana gəlir

43-cü Beynəlxalq Moskva Film Festivalında baş rolunu oynadığı “Kovan” filminin nümayişi üçün Rusiyaya gedən türkiyəli aktrisa Meryem Uzerli maraqlı açıqlaması ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, Rusiyada “Muhteşem yüzyıl” serialındakı “Hürrem Sultan” obrazı ilə sevilən aktrisa KİV-ə açıqlamasında Moskada isti qarşılandığını bildirib:

“Burada gördüm ki, əvvəlki işim insanların qəlbini isidir və onlara xoşbəxtlik gətirir. Bu, mənim üçün ən böyük hədiyyələrdən biridir”.

 

Atası türk, anası alman olan Uzerli keçən il DNT testi verdiyini açıqlayıb: “6-7 faiz rus mənşəli olduğum ortaya çıxdı. Buna çox təəccübləndim. Anamdan və atamdan soruşanda ailənin keçmişindən çox şey çıxdı”.

Bundan əlavə, Məryəm festivalın ilk günü qırmızı xalçada jurnalistlərin suallarını cavablandırarkən Azərbaycana gələcəyini bildirib:

“Oranı çox sevirəm. Bilirəm ki, məni də orada çox sevirlər. Yaxın günlərdə Azərbaycana gedəcəm”.