Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov gecə dünyasını dəyişib. Koronavirus infeksiyasına yoluxan müğənni evində müalicə alırdı. Diqqət çəkən məqam isə mərhumun xəstəliyi ağır keçirməsinə baxmayaraq, xəstəxanaya yerləşdirilməməsi olub.
Əməkdar artist Yusif Mustafayev Axşam.az-a açıqlamasında bildirib ki, bu müğənninin öz istəyi olub:
"Qorxurdu, xəstəxanaya getmirdi. Deyirdi ki, evimdə müalicə alacam. Müalicəsi də yaxşı gedirdi. Ona hər cür yardım edildi. Amma qismət.
Bilinmir ki, virusa haradan yoluxub".