"Bizim nəsildə xanımlar çimərliyə getmir. Gedənlərə həsəd aparıram. İnsanın canının sağlamlığıdır. Həkimə də gedəndə deyir, körpə uşaqda olan vitamin səndə yoxdur".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova "Onun sirri" proqramında deyib. İfaçı illər əvvəl başına gələn hadisəni danışıb. O bildirib ki, heç vaxt çimərliyə getməyib:
"Bir dəfə rəfiqəm dedi ki, gedək dənizə. Deyirəm, necə? Heç çimərlik geyimim yoxdur. Heç xaricə istirahətə belə getməmişəm. Rəfiqəm dedi ki, bir az günəş vannası qəbul edərsən. Yola gətirdi, getdik çimərlik geyimi almağa. Bahalı birini aldım. Getdik, geyindim, utana-utana çıxdım. Dənizi istəmədim, hovuza getdim. Bir oğlan yaxınlaşdı ki, ehtiyatlı olun, 2 metrdir. Fikir vermədim, elə düşündüm ki, tanış olmaq üçün deyir. Qız dedi ki, ehtiyatlı ol, bir şey olsa, sizinkilər məni öldürər. Girdim suya, birdən ayağım getdi. Gördüm boğuluram, hovuzun suyunu necə içirdim. Bayaq söz deyən oğlan yaxınlaşıb məni çıxarıb. Təcili yardım gəldi, məni evə apardı. Qardaşım gördü, yalandan dedim ki, rəfiqəmgildə suya yıxılmışam. Danlandım".