"Ata, sən mənim hər şeyim idin. Niyə qoydun getdin bizi? Heç olmasa yuxuma tez-tez gəl. Səni yuxumda gözləyəcəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov deyib.
Mərhum sənətkarın oğlu atasının kişi kimi yaşadığını deyib:
"Bircə təsəllim bu oldu ki, kişi kimi yaşadın, kişi kimi də getdin bu həyatdan. Kişi kimi əyilmədən yaşamagı bizə sən öyrətdin".