Müğənni Rəqsanə İsmayılova Şəbnəm Tovuzlu və Vəfa Şərifova qalmaqalına münasibət bildirib.
Axşam.az xəbər verir ki, sənətçi İnstaqramda canlı yayımda ad çəkmədən məsələ ilə bağlı bunları söyləyib:
"Elə kişilər var ki, həyat yoldaşlarına ürəyim ağrıyır. Üç, dörd uşaq dünyaya gətirən, həqiqi arvad qalıb kənarda. Onunla oturub-duran çıxıb deyir, mənim ərim. Ərin rəsmi nikahı, zaqsı olur. Həyat yoldaşı ona deyilir. Onun öz arvadı var, onun əridir. Onun üstündə bir-birinizi qırmayın. Heç kimə bu lazım deyil. Onun arvadı var. O qadını başa düşün, ona hörmət edin. Bir kişinin pulu varsa, kimləsə görüşüb, münasibət qurub, kimisə tanıtdırıbsa, o demək deyil onun üstündə bir-birinizi qırasınız. Kişiyə hörmət etməyin, amma qadına edin. Yazıq qadın qalıb kənarda. Uşağının atası ola bilər, amma ər deyil. Rəsmi zaqs kağızını göstər. Budu təsdiqləyən.
Sizin adınız hallanan adamları mən illər əvvəl tanımışam. Onların gözəl ailələri var, indi böyük uşaqları var. İki qadın indi bir-birinizlə çıxıb danışırsız. Öz aranızda məsləni həll edin. Mətbuatda nəsə yazılırsa, durub sən də açıqlama verirsən. Məsələni şişirdirsiniz, onun arvadı nə etsin?".
Qeyd edək ki, DTX-nin həbs etdiyi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı keçən Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibəti olduğu müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal yenidən başlayıb. Sənətçilər bir-birinin ünvanına təhqirlər səsləndirib.