Aparıcı Zaur Baxşəliyev konsert zallarının açılmamasından bəhs edib.
Axşam.az xəbər verir ki, o, "Zaurla Günaydın" proqramında restoranlarda ara məsafənin qorunmamasından gileylənib:
"Heydər Əliyev Sarayında konsertə icazə verilə bilər. Türkiyədə "Güldür-duldur" ara məsafə qorunaraq nümayiş olunur. Bizdə də biletlərin 50 faizi satılaraq edilə bilər. Maska taxılaraq, məsafə qorunaraq edilməlidir.
Dünən restoranda oturmuşduq. Zalda 60 nəfər var idi. Hamı bir-birinin ağzının içində idi".