Əməkdar artist Mətanət İsgəndərli xəstəxanaya yerləşdirilib.
Bu haqda Axşam.az-a ifaçının gəlini Canana məlumat verib. O bildirib ki, müğənni və övladı koronavirus infeksiyasına yoluxub.
Canana hazırda Rusiyada olan qayınanasının vəziyyətinin ağır olduğunu söyləyib. Onun sözlərinə görə M.isgəndərli beş gün əvvəlvirusa yoluxub:
"Heç kimə pislik arzulamıram. Hər kəsdən bu müqəddəs ayda onlara dua etmələrini istəyirəm. Kərimin vəziyyəti o qədər də ağır deyil. Amma o da xəstəxanadadır. Mətanət xanım ağırlaşıb, həraərti 39-u keçib".