Uzun illərdir artıq çəkidən əziyyət çəkən müğənni Elçin Hüseynovun yeni xarici görünüşü təəccübə səbəb olub.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçi öz instaqram hesabında bundan əvvəl və sonuncu dəfə çəkilən fotosunu kollaj edərək paylaşıb, 32 kq çəki atdığını bildirib.
Elçin qeyd edib ki, bu nəticəni 3-4 aya əldə edib və bununla da istədiyi çəkiyə sahib olub.