Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Onların yaxını öləndə 1 il evdə otururlar?” Tünzalə atasının 7-si günü toya getdiyi üçün onu qınayanlara cavab verdi

“Onların yaxını öləndə 1 il evdə otururlar?” Tünzalə atasının 7-si günü toya getdiyi üçün onu qınayanlara cavab verdi

Əməkdar artist Tünzalə Ağayeva atasını itərəndən sonra ilk dəfə kamera qarşısına keçib.

SHOWNEWS.AZ xəbər verir ki, “Xəzər Magazin”ə müsahibə verən Ağayeva, atasının uzun müddət ağır xəstəlikdən əziyyət çəkdiyini söyləyib:

“Bir gün gələr bir gün gedir. Amma bunu yaşamaq çətindir. Valideynin boşluğu insanın içində qalır, onun yerini heç nə doldurmur. Atamın ağır xəstə olmasını bilirdim. Bu bizim üçün qəfil hadisə olmadı, o, ağır xəstə idi. Atam mənə çox böyük savab qazandırdı. Düzdür, daim yanında ola bilmirdim. Amma bir övlad kimi ona qayğı göstərirdimsə, bu, atamın mənə qazandırdığı savab idi”.

Tünzalə atasının 40 mərasimi çıxmadan məclislərdə oxumasına görə onu qınayanların cavabını belə verib:

“Onu yazanların həyatında bir hadisə baş verirsə, onlar işlərini atıb bir il evdə otururlar? Heç kimin işi-gücü yoxdur? Məni qınayanlar o qədər boş məxluqlardır ki... Bu, böyük düşüncəsizliyin, səviyyəsizliyin, boşluğun əlamətidir. Ailədə özləri dedilər ki, sənin evdə oturmağın mümkün deyil, işinə davam etməlisən”.

Qeyd edək ki, müğənninin atasının 7 mərasimi günündə toyda mahnı oxuduğu yerdə yayılan videosu da birmənalı qarşılanmamışdı.