Azərbaycanı "Eurovision 2021" mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi artıq Rotterdamdadır.
Axşam.az xəbər verir ki, müğənni yarışmanın keçiriləcəyi "Ahoy" arenasındakı ilk məşqini edib. Əfəndi "Mata Hari" mahnısını və ona qurulan şounu böyük səhnədə göstərib.
Qeyd edək ki, "Eurovision" mayın 18-dən 22-nə kimi keçiriləcək. Samirə mayın 18-də birinci yarımfinalda səhnəyə çıxacaq.