Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mətanət İsgəndərli oğlunu ikinci dəfə evləndirir?

Mətanət İsgəndərli oğlunu ikinci dəfə evləndirir?

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimi ikinci dəfə evləndirməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, bu haqda Kərimin həyat yoldaşı Canana məlumat yayıb. O bildirib ki, ərinin sevgilisi ona zəng edib hədə-qorxu gəlir:

 

"Şərhləri oxuyub düşünürəm ki, necə də qınayırsınız. Mətanət İsgəndərliyə dua edib, şəfa istədim. Demədim ki, onu bağışlayıram. Balalarıma əziyyət verən insanı heç vaxt bağışlamaram. Balalarım bu gün evsizdir. 

Mətanət xanımın oğlunun artıq ailə quracağı namizədi mənə zəng vurub hədə-qorxu gəlir. Deyir, 3 uşağını 500 manat alimentlə dolandır. Onları evlə bağlı müraciət edib narahat etmə. Sizcə, haqq budurmu? 21 il ailədə gəlin olmuşam: 8 il nişanlı 12 il gəlin. Bu uşaqlar evsiz qalmalıdır? Sualım məni qınayanlaradır. Bilirsiniz ki, pulsuz heç bir məhkəmədə qalib ola bilmirsən. Haqlı olsan da haqsız çıxardırlar. Buraxıram zamanın öhdəsinə. Zaman hər bir şeyin dərmanıdır".

Qeyd edək ki, Kərim və Canananın 3 övladı var. Cütlük ötən il ayrılıb. Canana ərinin uşaqlara baxmadığını, evsiz kirayədə qaldığını deyib.