Müğənni Kərim Abbasov Operativ Qərargahı tənqid edib.
Axşam.az xəbər verir ki, işləmək üçün Rusiyaya gedən sənətçi pandemiya ərəfəsində tədbiq edilən qapanmalardan gileylənib.
"2 min insan xəstələnir deyə Operativ Qərargah 10 milyon insanı bədbəxt edib. Sizin ucbatınızdan hər kəs ölkəni tərk edir" deyə, Kərim paylaşımında qeyd edib.
Xatırladaq ki, müğənnilərin bir çoxu işləmək üçün Rusiyaya yollanıblar.