Aparıcı Elgiz Əkbər saçlarını rəngləməsindən bəhs edib.
Axşam.az xəbər verir ki, o, bu haqda "Elgizlə izlə proqramında danışıb.
"20 yaşımdan saçım ağarır. O qədər açıq insanam ki, vecimə də deyil. Bunu oturub canlı da göstərərm. Saçımı rəngləyirlər, yaxşı ediblər. Kiminsə cibinə girmirəm ki... Kiminsə haqqını yemirəm, kimisə adamların gözündən salmıram. Efirə çıxan kişi və qadın gənc, səliqəli görünməlidir. Söhbət bahalı geyimdən getmir" deyə, Elgiz bildirib.