ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Əli Mirəliyev olub.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçiyə mərhum xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı sual verilib. Söhbət əsnasında müğənninin qızı Samirə studiyaya gələrək maraqlı açıqlamalar edib:
"İlhamə xanım rəhmətə gedən gün hər kəs onun evində yığışmışdı. Ögey bacıları da orada idi. Gördüm ki, evdə atmosfer ağırdır. Hər kəs sual dolu baxşılarla bir-birinə baxır. Evə mən, qızım və Orxandan başqa girən olmurdu. İlhamə xanımın vəsiyyəti vardı. Həmişə deyirdi ki, əgər mənə bir şey olsa, mənim var-dövlətim uşaq evlərinə, əsgərlərə, kasıblara qalsın. Mən orada olan doğmalara bu vəsiyyəti dedim. Təklif etdim ki, İlhamə xanımın qızıllarından da hər qohuma birini yadigar kimi paylayaq. Mənim sözüm yaxşı qarşılanmadı. Hətta Firuzə İbadovaya 7 min pul borcu vardı, onun borcu da qaytarılmadı. İlhamə Quliyevanın mirası ögey bacılarına qaldı. Mənə isə yalnız onun diplomatik pasportu qaldı".