Əməkdar artist Könül Kərimova sənət adamlarının Rusiyada toylara ucuz getməsi məsələsinə münasibət bildirib.
Axşam.az xəbər verir ki, müğənni "Günün sədası" proqramında ifaçıların orada ancaq yarım və 1 saatlıq toylara getdiyini deyib:
"Rusiyaya gedən müğənnilərin hərəsi bir qonorar tələb edir. Burada bütöv toy deyil. Çünki onlar bir ifaçını çağırıb, axıra qədər ona qulaq asmırlar. Yarım və 1 saat gedirik. Burada neçəyə gedirdiksə, qiymət eynidir və hərdən artıq da olur. Çox yanlış fikir formalaşdırılıb. Hələ müğənni toyda qəşəng şabaş da yığır. Orada belə bir hörmət də var. Müğənniyə hörmət xatirinə pul da verirlər".