Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

2018 "Eurovision" təmsilçimiz Aysel ”Ərim xərçəngdən vəfat etdi”

2018 "Eurovision" təmsilçimiz Aysel ”Ərim xərçəngdən vəfat etdi”  

"Eurovision 2018" təmsilçimiz Aysel Məmmədova (Aisel) wiwibloggs.com-a müsahibə verib. 
 

SHOWNEWS.AZ-ın məlumatına görə, 28 yaşlı müğənni şəxsi həyatı barədə danışıb və həyat yoldaşının xərçəngdən əziyyət çəkdiyini bildirib:

"Bu, mənim həyatımın kədərli hekayəsidir. Həyat yoldaşım musiqiçi və pianist idi. Xərçəngdən vəfat etdi. Ancaq o, həyatıma böyük müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. İş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi". 

Aysel həyat yoldaşının müalicəsi ilə əlaqədar uzun müddət İsraildə yaşadığını deyib:

"Münasibətlərimizin son illərində İsraildə yaşamışıq. Ərim müalicə olunurdu, bu səbəbdən orada yaşayırdıq. İsraillə bağlı müsbət təəssüratlarım var. Mən bu ölkəni sevirəm".