Niderlandın Rotterdam şəhərində keçirilən "Eurovision-2021" mahnı müsabiqəsinin qalibi İtaliya olub.
SHOWNEWS.AZ xəbər verir ki, bu ölkənin təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.
“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.
Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 39 ölkə iştirak edib.
xxx