Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Eurovision”da Fransaya səs verən münsiflər kimdir?

“Eurovision”da Fransaya səs verən münsiflər kimdir?

Xəbər verdiyimiz kimi, şənbə günü 65-ci “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin böyük finalı baş tutub. Niderlandın Rotterdam şəhərində keçirilən gecənin yekununda Azərbaycanı “Mata Hari” mahnısı ilə təmsil edən Samirə Əfəndi ümumilikdə 65 xalla 20-ci sırada qərarlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycana 9 ölkə münsifi səs verib:

Rusiya - 8, Moldova - 6, Gürcüstan - 5, Ukrayna - 3, Albaniya - 2, İrlandiya - 2, İsrail - 2, İsveçrə - 2, Niderland - 2.

 

Avropa izləyicisinin Samirə Əfəndiyə göndərdiyi səslərin nəticələri isə belədir: Bolqarıstan - 4,Rumıniya - 4,Rusiya - 4,Serbiya - 4,Gürcüstan - 3,Şimali Makedoniya - 3, Ukrayna - 3, İsrail - 2, Xorvatiya - 2, Yunanıstan - 2, Moldova - 1, Norveç - 1.

Bundan əlavə, Azərbaycan tamaşaçılarının digər ölkə təmsilçilərinə verdiyi səs də açıqlanıb. SMS səsverməsində lider ölkə İsrail olub:

12 - İsrail, 10 - İtaliya, 8 - Ukrayna, 7 - Norveç, 6 - Rusiya, 5 - Finlandiya, 4 - İsveçrə, 3 - San-Marino, 2 - Fransa, 1 - Moldova.

Azərbaycanın münsif heyətində isə Əməkdar artist Sevda Ələkbərzadə, Əməkdar artist, rəqqasə Eteri Cəfərova, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, rejissor Fuad Əlişov və müğənni Zamiq Hüseynov yer alıb.

Sevda Ələkbərzadə İsveçə 12, Yunanıstana 10, Rusiyaya 8, Moldovaya 7, Finlandiyaya 6, İtaliyaya 5, Belçikaya 4, Norveçə 3, Ukraynaya 2, Serbiyaya 1 verib.

Zamiq Hüseynov Maltaya 12, Belçikaya 10, Rusiyaya 8, Fransaya 7, Ukraynaya 6, İtaliyaya 5, Moldovaya 4, Yunanıstana 3, San-Marinoya 2, Bolqarıstana 1 xal verib.

Vaqif Gərayzadə Yunanıstana 12, Maltaya 10, Rusiyaya 8, Fransaya 7, Moldovaya 6, Bolqarıstana 5, San-Marinoya 4, Portuqaliyaya 3, Finlandiyaya 2, Ukraynaya 1 bal göndərib.

Fuad Əlişov Rusiyaya 12, İsveçrəyə 10, Portuqaliyaya 8, Moldovaya 7, Ukraynaya 6, Yunanıstana 5, Maltaya 4, İslandiyaya 3, Norveçə 2, Albaniyaya 1 bal verib. 

Eteri Cəfərova isə Rusiyaya 12, Moldovaya 10, Ukraynaya 8, İsveçə 7, Maltaya 6, Yunanıstana 5, Bolqarıstana 4, San-Marinoya 3, Fransaya 2, Kiprə 1 xal göndərib.

Ümumi səslər hesablanaraq ortaq rəqəmlər çıxarılıb. Eldar Qasımov və Nigar Camalın canlı yayımda təqdim etdiyi münsif səsverməsi belədir: 12 - Rusiya, 10 - Yunanıstan, 8 - Moldova, 7 - Malta, 6 - Ukrayna, 5 - İsveç, 4 - Fransa, 3 - Belçika, 2 - Portuqaliya, 1 - Bolqarıstan.