"Eşitdiyim xəbərdən özümə gələ bilmirəm. Məşhur müğənnilərimizdən birini Rusiyada toya dəvət ediblər. Bu müğənnidə utanmadan bir kişiyə qırsaqqız olub yapışıb. Əl çəkmir. Kişinin də ailəsi, 3 uşağı var. Çox kübar, mədəni xanımı var. Kişi canını bu müğənnidən qurtara bilmir".
SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri sosial şəbəkə fenomeni Bayram Nurlu edib. Hazırda Sankt-Peterburqda olan Bayram bir xanım müğənninin ailə dağıtmasının şahidi olub. Bayram hətta həmin müğənniyə xəbərdarlıq da edib:
"Həmin müğənni Bakıda efirlərə çıxıb namusdan dəm vurur. Tənqidçi olub başımıza. Hamıya ağıl verir. Sən demə ən böyük əxlaqsız o özüdür. Pozğunluqla məşğuldur. Ailə dağıtmağı özünə həyat tərzi seçib. Özü də ilk belə oyunları deyil. Bu dediklərimi oxuyanda, biləcək kimi deyirəm. Burdan ona xəbərdarlıq edirəm! Nə qədər gec deyil, bu ailədən, bu biabırçılıqdan əl çək. Yoxsa qarşında məni görəcəksən".
Bayram Bakıya gələn kimi kamera qarşısına keçib həmin xanım müğənni haqda bir neçə şok açıqlama verəcəyini də əlavə etdi.
Qeyd edək ki, B. Nurlu 10 gündür Rusiyadadır.