2012-ci ildə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayev "Mata Hari" mahnısını tənqid edib.
SHOWNEWS.AZ xəbər verir ki, ifaçı bu ilki nümayəndə heyətinin düzgün seçim etmədiyini deyib. "Eurovision 2021" təmsilçimiz Samirə Əfəndinin ifasını İnstaqramında yayımlayan S.Babayeva bunları əlavə edib:
"Baş verən müharibə və minlərlə şəhiddən sonra öz dilimizdə vətənpərvərlik ruhunda mahnı ifa edib 20-ci sırada olsaydıq, özümüzü qalib bilərdik. Xarici qadın "şpion"dan oxumaqdansa, Natəvan Xurşidbanu (Natəvan- XIX əsr Azərbaycanın görkəmli şairəsi. Sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı- red.) haqqında oxumaq yaxşıdır".