"Yaxşı olardı ki, Vaqif müəllim bizim hər birimizi yığsın. Çünki bunu ancaq o edə bilər. Oturaq, stress ataq, dərdləşək. Hər birimizi çağırıb bir-bir tənbeh etsin, başımızı əzsin. Axı, biz onun balalarıyıq. Desin ki, -"sən çox nahaq yerə bu sözü demisən!" və ağzımızın üstünə bir sillə vursun. Bəlkə o bizə bir düzən versə, sirkələnərik, utanarıq, abır edərik. Bu da lazımdır".
SHOWNEWS.AZ xəbər verir ki, bu açıqlamanı müğənni Elnarə Xəlilova edib. News24.az saytına açıqlama verən E. Xəlilova müəllimi V. Gərayzadə ilə 2 il öncə danışdığını açıqlayıb.
Qeyd edək ki, son zamanlar "W-Trio" qrupunun eks üzvləri arasında xoşagəlməz qalmaqallar gündəmi zəbt edib.