“Zənginlik qədər insanların başına gələcək pis bir şey yoxdur. Bu nədir? Hər şeyi ala bilmək... Həyatda hər şeyə şübhə ilə yanaşırsan! Sevgiliniz “səni sevirəm” desə, inanmazsan. Həyatda nəyəsə həsrət qalmalısan”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin məşhur müğənni və aktrisası Hülya Avşar “Haber Global” televiziyasında yayımlanan “Az önce konuştum” verilişində qonaq olarkən bildirib.
Avşarın varlı olmağın mənfi tərəfləri ilə bağlı fikirləri sosial şəbəkələrin gündəmini zəbt edib, tvitterdə trendə düşüb.
Bundan əlavə, aktrisa ada alması barədə yayılan xəbərlərə də aydınlıq gətirib:
“Ayvalık ərazisində bir ada almadım. Belə bir şey yoxdur. Sadəcə olaraq qiyməti ilə maraqlandım. Adası olan insanlar var... Çox məqbul bir şey olmasa da ... Ticari baxımdan da düşünmək olar. Mən o qədər böyük hadisələri yaşamağı sevən insan deyiləm. Mənim işimi görən bir insanın bunu ticari olaraq etməsini doğru hesab etmirəm, amma bu, ağlımızdan keçmir”.