Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Bu gün meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər" - Vasifdən QALMAQALLI AÇIQLAMA

"Bu gün meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər" - Vasifdən QALMAQALLI AÇIQLAMA

"Bu gün gənc meyxanaçılar Namiq Qaraçuxurlunun çörəyini yeyirlər".

SHOWNEWS.AZ xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Səhər mərkəzi" proqramında deyib. Müğənni meyxana sənətini Namiq Qaraçuxurlunun yüksəltdiyini deyib:

 

"Bu sözümdən inciməsinlər, hamısına hörmətim var, amma belədir. Yaxşı meyxananı, iti deyişməni çox sevirəm. Namiq bu sənətdə inqilab edib. Burada onun müstəsna rolu var. Namiq musiqili meyxana yox, təmiz mahnı yazır. Namiq meyxananı professional səhnəyə gətirdi, səviyyələndirdi, təqdimatını verə bildi, sevildi və sevdirdi".