İki il əvvəl boşanma ərəfəsində olan aktrisa Beren Saat və müğənni Kənan Doğulu cütlüyü evliliyinin ikinci baharını yaşayır.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük tətilə yollanıb. Bodrumda görüntülənən Beren və Kənan iş üçün ora getdiyini söyləyib.
Bir dərgi üçün obyektiv qarşısına keçən cütlük istirahətə də vaxt ayırıb. Onlar otelin çimərliyinə yollanaraq dənizə giriblər.